Türkiyədə iyunun 1-dən indiyədək 1 516 meşə yanğın...
22:19 30.06.2025
0
0
0
Milli Məclisin növbədənkənar sessiyasının başa çatacağı tarix məlum olub.
"Şərq qapısı" xəbər verir ki, sessiyanın son iki iclası qalıb - iyulun 4-ü və 8-də.
Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası mayın 30-da 85 deputatın spiker Sahibə Qafarovaya müraciət əsasında çağırılmışdı.
Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlament öz iclaslarını keçirir, Milli Məclisin komitə və komissiyalarının iclasları keçirilir, Milli Məclisin deputatları komitə və komissiyaların işində iştirak edirlər.
Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılırlar və onlar iyul ayının 15-dən avqust ayının 30-dək məzuniyyətdə hesab edilirlər.
Digər xəbərlər