Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Azərbaycan Karate Federasiyası və "Arpaçay" karate klubunun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında “Zəfər kuboku” karate turniri keçirilib. 44 günlük müharibədə qazanılan tarixi qələbəyə həsr olunmuş yarışda ölkəmizin müxtəlif bölgələrindən 800-dən çox idmançı mübarizə aparıb.
Naxçıvandan turnirə məşqçi Nicat Allahverdiyevin rəhbərliyi ilə “Qapıcıq” karate-do idman klubunun 16 idmançısı qatılıb və onlardan 14-ü mükafatçılar sırasına düşüb. Komandanın üzvləri 5-i qızıl, 3-ü gümüş və 6-sı bürünc olmaqla, ümumilikdə, 14 medal qazanıblar.
Təmsilçilərimizdən Toğrul Bayramov (14-17 yaş, -70 kq), Canər Abbaszadə (14-15 yaş, -70 kq, 1-ci liqa) Məhəmməd Quluzadə (12-13 yaş, -50 kq), Xədicə Bayramova (10-11 yaş qızlar, -36 kq, 1-ci liqa) və Nihad Əsgərli (9 yaş, -40 kq) kumite yarışlarında qızıl medala sahib çıxıblar.
Klubun digər idmançılarından Nicat Əsgərli, Yusuf Məmmədli İsa Abbasov ikinci, Kamal Allahverdiyev, Malik İbrahim, Kənan Qənbərov, Əli Rəhimov, Fuad Hüseynli və Əhməd Oruc isə üçüncü olublar.
Digər xəbərlər