NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

Naxçıvan karateçilərindən uğurlu nəticələr

...

Gürcüstanın Tbilisi şəhərində açıq karate çempionatı keçirilib. Dünya Şotokan Karate-do Federasiyasının xətti ilə təşkil olunan turnirə Naxçıvandan 7 idmançı qatılıb və hər biri mükafatçılar sırasına düşməyi bacarıb. 
Təmsilçilərimiz yarışda 6-sı qızıl, 5-i gümüş olmaqla, 11 medal qazanıblar. Qafar Hüseynov (65 kq) və Rafiq Hüseynli (57 kq) kata və kumite üzrə hərəyə iki qızıl medal əldə ediblər. Digər qızıl medalları Nərgiz Həsənli (57 kq) və Yusif Orucov (30 kq) kumitedə qazanıblar. Nizami Orucov hər ikisində, Xədicə Bayramova, Mehdi Məmmədov (hər ikisi 32 kq) və Yusif Orucov ayrılıqda gümüş medalçı olublar. 
Qeyd edək ki, karateçilərimizdən Rafiq, Qafar və Yusif yarışda çoxluq təşkil edən erməni rəqibləri ilə mübarizədən qalib ayrılmağı bacarıblar.

Nəşr edilib : 30.04.2025 17:10