Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsi...
15:42 20.09.2026
0
0
0
“Naxçıvan Qaziləri” İctimai Birliyinin fəaliyyətinin daha səmərəli təşkili, təşkilati məsələlərin müzakirəsi və birliyin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə ümumi yığıncağı olub. Yığıncaqda gündəliyə daxil olan məsələlərin müzakirəsi aparılıb. Birliyin fəaliyyətinə dair hesabat dinlənilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Birliyin idarəetmə orqanlarının fəaliyyəti müzakirə edildikdən sonra sədrin, müavinlərin və digər rəhbər orqan üzvlərinin seçilməsi üçün səsvermə aparılıb. Səs çoxluğu ilə birliyin təsisçisi, Vətən müharibəsi qazisi Əli Əlisoy birliyin sədri seçilib.
Əli Əlisoy çıxış edərək bildirib ki, dövlətimizin dəstəyi ilə bundan sonra da ictimai birlik fəaliyyətini fəal şəkildə yerinə yetirəcək. Vətən üçün sağlamlığını qurban verən oğulların hüquqlarının qorunmasında dövlət orqanları ilə birlikdə addımlayacaq.
Sonda qazilərin hüquq və sosial məsələləri ilə bağlı təkliflər dinlənilib.
Digər xəbərlər