Emin Əmrullayev: Siniflərin 99 faizində şagird sıx...
17:15 14.09.2026
0
0
0
NAXÇIVAN :
14 Sentyabr 2026, Bazar ertəsi
Vətəndaşlara göstərilən sosial xidmətlərin əlçatan və operativ olması onların müxtəlif sosial məsələlərlə bağlı müraciətlərinin daha rahat şəkildə həllinə imkan yaradır. Xüsusilə sosial ödənişlərdən yararlanan vətəndaşların bank xidmətlərinə çıxışının asanlaşdırılması bu baxımdan diqqətçəkən məqamlardandır. Naxçıvan Regional DOST Mərkəzində fəaliyyət göstərən bank pəncərələri də vətəndaşların sosial ödəniş kartları ilə bağlı bir sıra xidmətlərdən rahat şəkildə yararlanmasına imkan verir.
Mövzu ilə bağlı “Şərq qapısı”na açıqlama verən Naxçıvan Regional DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri Mahir Mustafayev bildirdi ki, mərkəzdə vətəndaşlar DOST mərkəzlərinin göstərdiyi bütün xidmətlərdən yararlana bilərlər. Onun sözlərinə görə, bank pəncərələri vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım, işsizlikdən sığorta ödənişi, eləcə də peşə kurslarına cəlb olunan şəxslərə verilən aylıq təqaüd ödənişləri üzrə bank kartlarının verilməsi həyata keçirilir. Həmçinin müddəti başa çatmış, itirilmiş və ya zədələnmiş kartların yenilənməsi xidmətləri də göstərilir.
Mahir Mustafayev qeyd etdi ki, bu xidmətlərin bir məkanda təqdim olunması vətəndaşların işini xeyli asanlaşdırır. Belə ki, vətəndaşlar bank filialına ayrıca müraciət etmədən sosial ödəniş kartları ilə bağlı zəruri xidmətlərdən DOST Mərkəzində yararlana bilirlər. Bu isə əlavə vaxt itkisinin qarşısını almaqla yanaşı, xidmətlərdən daha rahat və operativ şəkildə yararlanmağa imkan yaradır.
Digər xəbərlər