NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Nazir: Müəllimlərin tədrisdə süni intellekt alətlərindən istifadə etməsi vacibdir

...

Müəllimlərin tədris prosesində süni intellekt alətlərindən istifadə etməsi vacib məsələlərdən biridir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, müəllimin bu texnologiyalardan düzgün və səmərəli istifadə etməsi təhsilin keyfiyyəti baxımından müsbət haldır.

Emin Əmrullayev diqqətə çatdırıb ki, növbəti tədris ilində təhsil sistemində süni intellektin tətbiqi ilə bağlı müvafiq tədbirlərin genişləndirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 14.09.2026 16:31