NAXÇIVAN :

13 Noyabr 2026, Cümə

Naxçıvan Şəhər İcra Hakimiyyətində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 noyabr – Konstitusiya Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Əhməd Vəliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri Faiq Səfərov, Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xumar Məmmədova çıxış ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulunun tarixi əhəmiyyəti, həmin dövrdə ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyət və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib.
Bildirilib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm mərhələ olmaqla ölkənin hüquqi və demokratik inkişafının əsasını qoyduğunu, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları, demokratik dövlət quruculuğunun başlıca prinsiplərinin öz əksini tapdığını, Konstitusiyanın milli dövlətçilik ənənələrinin qorunması, müasir hüquqi dövlətin formalaşmasında mühüm rolu olduğu vurğulanıb.

 

Nəşr edilib : 12.11.2026 18:13