NAXÇIVAN :

28 Iyun 2026, Bazar

Naxçıvan şəhərində könüllü qanvermə aksiyaları təşkil olunacaq

...

Naxçıvan şəhərində yerləşən üç məsciddə Məhərrəm ayının 10-cu günü – Aşura günü münasibətilə 25 iyun tarixdə könüllü qanvermə aksiyaları keçiriləcək.
“Şərq qapısı” Naxçıvan Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, aksiyalar saat 09:00-13:00 aralığında Naxçıvan şəhərində yerləşən Heydər, Sarvanlar və Pirqəmiş məscidlərində keçiriləcək.
Qanvermə aksiyalarında iştirak etmək hər bir vətəndaşın insan həyatının xilasına töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu nəcib təşəbbüsə qoşulmaq istəyən hər kəs göstərilən məscidlərə müraciət edə bilər.

Nəşr edilib : 24.06.2026 22:59