33 yaşlı boksçu Priçard Kolon vəfat edib
00:28 14.08.2026
0
0
0
Məhərrəm ayının 10-cu günü — Aşura günü münasibətilə Naxçıvanda ənənəvi qanvermə aksiyası təşkil olunub. Keçirilən aksiya humanizm, mərhəmət və yardımlaşma dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, qanvermə aksiyası Naxçıvan şəhərində yerləşən Heydər, Sarvanlar və Pirqəmiş məscidlərində, eləcə də muxtar respublikanın rayon mərkəzi xəstəxanalarında və kənd həkim məntəqələrində təşkil olunub. Aksiya zamanı donor olmaq üçün müraciət edən vətəndaşlar ilkin tibbi müayinədən keçirilərək sağlamlıq göstəriciləri qiymətləndirilib, qan verməyə uyğun olan şəxslərdən qan götürülüb.
Aksiya çərçivəsində, ümumilikdə, 352 nəfər könüllü donor iştirak edib. Rayonlar üzrə Naxçıvan şəhərində Heydər məscidində 63, Sarvanlar məscidində 27, Pirqəmiş məscidində 24, Babək rayonunda 56, Ordubad rayonunda 30, Culfa rayonunda 24, Bənəniyar kəndində 18, Şahbuz rayonunda 27, Kəngərli rayonunda 25, Sədərək rayonunda 18, Şərur rayonunda isə 40 nəfər qan verib.
Toplanan 176 litr qan ehtiyatı hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində, həmçinin təcili tibbi yardıma ehtiyacı olan xəstələrin sağlamlığının qorunmasında istifadə olunacaq.
Qeyd edək ki, Aşura günü münasibətilə keçirilən bu cür aksiyalar cəmiyyətimizdə sosial həmrəyliyin möhkəmlənməsinə, könüllü donor hərəkatının genişlənməsinə və ehtiyacı olan insanlara həyat bəxş edilməsinə mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikasında bu humanist ənənə hər il geniş ictimai iştirakla davam etdirilir.
Digər xəbərlər