NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda bir sıra avtomobil yollarının əsaslı təmirinə başlanılır

...

Naxçıvan Muxtar Respublikasının Şahbuz, Babək, Culfa və Ordubad rayonlarının ərazisində yerləşən mərkəzi və kənd daxili avtomobil yolları əsaslı təmir ediləcək.

"Şərq qapısı" xəbər verir ki, "Naxçıvan Yol Təchizat" MMC bununla bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi "Elta Development" QSC-dir. Şirkət görəcəyi işlərə görə 45 milyon 672,5 min manat ödəniş alacaq.

Nəşr edilib : 26.07.2025 10:08