Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görü...
20:20 22.05.2025
0
0
0
Naxçıvan şəhərinin mərkəzi küçə və prospektlərində avtomobilin istismar qaydalarına riayət etməyən sürücülərin aşkar edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif küçə və prospektlərində reyd keçirilib. Reyd zamanı bəzi sürücülərin avtomobilin istismar qaydalarını pozaraq əlavə avadanlıqlar quraşdırdığı aşkarlanıb. Həmin sürücülərə inzibati qaydada cərimələr tətbiq olunub və nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.
Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov jurnalistlərə verdiyi müsahibədə bildirib: "Reydin keçirilməsində əsas məqsədimiz avtomobillərin istismar qaydalarını pozan sürücüləri aşkar etməkdir. Belə ki, bəzi hallarda sürücülərimiz bu tip qayda pozuntularına geniş şəkildə yol verirlər, avtomobillərdə müəyyən avadanlıqları dəyişdirirlər, eyni zamanda qadağan olunmuş avadanlıqlar quraşdırırlar, bununla yanaşı, mühərrikin səs gücünü artırmaq məqsədilə avtomobillərin səs boğucu sistemlərinə müəyyən müdaxilələr edirlər”. Ayaz İsmayılov onu da diqqətə çatdırdı: "Sürücülərdən tələbimiz odur ki, avtomobilin istismar qaydalarına ciddi əməl etsinlər, əks halda bu qaydalara əməl etməyən sürücüləri aşkar etmək məqsədilə Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər mütəmadi şəkildə davam etdiriləcəkdir".
Digər xəbərlər