Xarici ekspertlərin Qarabağa səfərləri mühüm əhəmi...
20:00 26.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil edilən "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirində 1/4 final mərhələsinin oyunları reallaşıb.
14 iyunda keçirilən 1/4 final görüşlərinin nəticələrinə əsasən Təhsil, Ədliyyə və Mədəniyyət nazirlikləri, o cümlədən Dövlət Vergi Xidməti yarımfinala vəsiqə qazanıblar.
Nəticələr aşağıdakı kimidir:
Mədəniyyət Nazirliyi 3:2 Energetika Xidməti
Ədliyyə Nazirliyi 3:1 Səhiyyə Nazirliyi
Təhsil Nazirliyi 10:1 İqtisadiyyat Nazirliyi
Vergi Xidməti 1:1 (pen:3:1) Fövqəladə Hallar Nazirliyi
Növbəti həftəsonu Təhsil Nazirliyi-Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi- Mədəniyyət Nazirliyi matçları keçiriləcək.
Digər xəbərlər