Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsi...
21:10 29.11.2026
0
0
0
Bu il noyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 57 min 192 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,9 faiz, hüquqi şəxslərin sayı isə 8,0 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artaraq 1985 olub. 2026-cı ilin yanvar-oktyabr aylarında kommersiya qurumlarının 83,0 faizi elektron, 17,0 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.
Digər xəbərlər