Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon d...
19:42 27.06.2026
0
0
0
NAXÇIVAN :
28 Iyun 2026, Bazar
"Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq, Aşura günü isə iyunun 25-nə təsadüf edəcək. Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan dövrlərdən biridir və bu müddətdə keçirilən dini mərasimlər qanunvericiliyin tələblərinə və milli-mənəvi dəyərlərə uyğun şəkildə təşkil olunmalıdır".
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov deyib. Şura sədri bildirib ki, dini mərasimlər zamanı insan sağlamlığına zərər vuran hərəkətlərə yol verilməməli, əvəzində cəmiyyət üçün faydalı olan təşəbbüslərə üstünlük verilməlidir. Onun sözlərinə görə, Aşura günü münasibətilə təşkil olunan qanvermə aksiyaları humanizm, yardımlaşma və həmrəylik baxımından mühüm əhəmiyyət daşıyır.
Əli Orucov vətəndaşları qanvermə kampaniyalarında fəal iştirak etməyə çağıraraq vurğulayıb ki, bu təşəbbüs talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq baxımından xüsusi önəm kəsb edir. O qeyd edib ki, bir nəfərin verdiyi qan bir neçə insanın həyatının xilas olunmasına kömək edə bilər və bu baxımdan, qanvermə aksiyalarında iştirak həm dini, həm də humanitar baxımdan təqdirəlayiq addımdır.
Şura sədri, həmçinin qeyd edib ki, Məhərrəm ayı ərzində keçiriləcək dini mərasimlər məscidlərdə, ziyarətgahlarda və qanunvericiliklə müəyyən edilmiş digər məkanlarda təşkil olunacaq. O, vətəndaşları dini mərasimlərdə nizam-intizam qaydalarına riayət etməyə, ictimai asayişin qorunmasına dəstək göstərməyə və dini ayinlərin mahiyyətinə uyğun davranmağa çağırıb.
Digər xəbərlər