NAXÇIVAN :

13 Noyabr 2026, Cümə

Naxçıvanda “Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə “Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə çıxış edənlər bildiriblər ki, hər bir insan vətəndaşı olduğu ölkə qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyət daşıyır, bu isə vətəndaşlıq borcu və ya vətəndaşların konstitusion vəzifələridir. Cəmiyyətdə hər bir şəxsin davranışı və fəaliyyəti isə onun əməllərində ifadə olunur. Yəni bu, hüquqa uyğun davranış hesab edilir. Hüquqa uyğun davranış isə dövlətin hüquq normalarında nəzərdə tutulan ictimai və şəxsi mənafelərin ödənilməsinə yönəlmiş sosial-faydalı hərəkətdir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Nəşr edilib : 13.11.2026 17:09