Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Quba şəhərində Azərbaycan-Gürcüstan “Gənclər həftəsi” çərçivəsində Azərbaycan-Gürcüstan gənclərinin II beynəlxalq düşərgəsi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə düşərgədə Naxçıvandan iki gəncin – Nihad Abbasov və Gülçin Qənbərovanın iştirakı təmin edilib.
İki ölkə gəncləri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edən düşərgənin proqramına komanda quruculuğu və kulinariya üzrə praktiki sessiyalar, “Gənclər və startaplar: ideyadan təsirə” və “Sosial medianın gənclərə təsiri” mövzularında müzakirələr, interaktiv oyunlar, Quba şəhərinə mədəni tur, milli musiqi və rəqs təqdimatları daxil olub.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze düşərgədə iştirak edən gənclərlə görüşərək onların suallarını cavablandırıb, əməkdaşlıq imkanları müzakirə olunub.
Digər xəbərlər