Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata əsasən Türkiyənin Bursa şəhərinin Gemlik bölgəsində “VI Gemlik Uluslararası Karate Turnuvası” adlı beynəlxalq turnir keçirilib. Yarışda 8 ölkədən 2000-ə yaxın karateçi iştirak edib.
Naxçıvanda fəaliyyət göstərən “Qapıcıq” karate-do idman klubunun üzvü Rafiq Hüseynli turnirin kumite yarışlarında uğurla çıxış edərək mükafatçılar sırasına düşüb. O, 14-15 yaş kateqoriyası üzrə -70 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.
Xatırladaq ki, Rafiq Hüseynli dünya şotokan çempionatlarının, o cümlədən beynəlxalq turnirlərin və ölkə miqyaslı yarışların qalibi və mükafatçısıdır.
Digər xəbərlər