Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
13-14 sentyabr 2025-ci il tarixlərdə Abşeron Olimpiya İdman Kompleksində şotokan karate üslubu üzrə XXXIII ölkə çempionatı keçirilib. Yarışda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Qazax, Şəki, Ucar, Lənkəran, Salyan, Naxçıvan Muxtar Respublikası və digər regionlardan 30-a yaxın klubun tərkibində 400-ə qədər idmançı iştirak edib.
Muxtar respublikanı yarışda “Naxçıvan” Karate Klubundan baş məşqçi Taryel Bağırovun rəhbərliyi ilə 6 idmançı təmsil edib, nəticədə, 1 qızıl və 3 gümüş medal qazanmağa müvəffəq olublar.
İdmançılardan ən yaxşı nəticə Fatimə Bağırzadəyə məxsus olub. 10-11 yaş qızlar arasında -36 kq çəki dərəcəsində çıxış edən Fatimə 1-ci yeri tutaraq qızıl medal qazanıb. Klubun digər üzvlərindən Elgün Zeynalov (16-17 yaş, -68 kq çəki), Güllər Hüseynova (14-15 yaş, +61 kq) və Sona Nəcəfbəyli (8-9 yaş, -28 kq) gümüş medal əldə ediblər.
Digər xəbərlər