Milli Məclis komitələrinin birgə iclasında 2027-ci...
19:34 06.11.2026
0
0
0
NAXÇIVAN :
06 Noyabr 2026, Cümə
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin Zəfər Gününə həsr etdikləri əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ardınca Zəfər tariximizin əks olunduğu videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, bu tarixi Zəfəri şəhidlərimizin müqəddəs ruhuna, qazilərimizin qəhrəmanlığına, xalqımızın birliyinə və əzmkarlığına borcluyuq. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində öz gücünü və haqlı mövqeyini nümayiş etdirərək tarixi Qələbəyə nail olub. Rektor, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışından bəhs edərək Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin şəhid məzunu Bəşir Mehdiyevin atası Yusif Mehdiyev çıxış edərək bildirib ki, Bəşir Mehdiyev Ağdam rayonunda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu vurğulayan Yusif Mehdiyev şəhid ailələrinə göstərilən diqqətə, eləcə də tədbirə dəvətə görə minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində universitetin xor kollektivinin təqdimatında Ceyhun Allahverdiyevin “Zəfər marşı”, Xanım İsmayılqızının “Sən qalibsən” əsərləri ifa edilib. Xor kollektivinin dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, dosent Validə Hüseynova, konsertmeysteri isə Fəridə Ağayeva olub.
Tədbirin sonunda Gülxarə Əhmədovanın bədii rəhbərliyi və Əməkdar artist Nurbəniz Niftəliyevanın rejissorluğu ilə Tələbə Teatr Studiyasının hazırladığı “Həsrətdən Zəfərə” tamaşa-kompozisiyası nümayiş etdirilib.
Bədii hissə tamaşaçılarda xoş təəssürat oyadıb, alqışlarla qarşılanıb.
Digər xəbərlər