NAXÇIVAN :

29 Noyabr 2026, Bazar

Ordubad rayonunun Dırnıs və Anaqut kəndlərində, təxminən, 15 ev təsərrüfatına zərər dəyib – Açıqlama

...

Dünən axşam saat 21:00 radələrində başlayan intensiv yağışlar nəticəsində Dırnıs və Anaqut kəndlərinin bir neçə məhəlləsinə sel gəlib. Hadisə nəticəsində evlərin ətrafındakı ərazilərə, təsərrüfatlara, avtomobillərə və digər texnikalara ziyan vurulub. İlkin məlumata əsasən, təxminən,15 evin ətrafındakı təsərrüfat sahələrinə zərər dəyib, bəzi yerlərdə hasarlar uçub.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ordubad rayon Dırnıs kənd ərazi dairəsi üzrə nümayəndə Əhməd Hüseynov deyib.

O qeyd edib ki, zərər, əsasən, mal-qaraya, avtomobillərə və digər texnikalara dəyib: "Bir təsərrüfatda 5-6 baş heyvanın tələf olduğu bildirilir. Hadisədən dərhal sonra aidiyyəti qurumlar tərəfindən əraziyə texnikalar cəlb olunub. Selin dayanmasından sonra yollara yığılan qum və çınqıl təmizlənməsi, məhəllələrə gedən yolların açılması istiqamətində işlər görülüb. Hazırda ərazidə fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir".

"Qaz və elektrik təchizatı infrastrukturuna ziyan dəyməyib. Bir neçə ərazidə rabitə xətlərində yaranan problemlər də aidiyyəti qurumlar tərəfindən aradan qaldırılır",– deyə icra nümayəndəsi əlavə edib.

Nəşr edilib : 23.10.2026 14:07