NAXÇIVAN :

26 Avqust 2026, Çərşənbə

Ötən gün 73 cinayətin açılması təmin olunub

...

Avqustun 25-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 101, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 20 və dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,3 kiloqram olan narkotik vasitə və 22 psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 4 tüfəng və 313 müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər də saxlanılıb.

Nəşr edilib : 26.08.2026 11:09