Naxçıvanda şəhid Raqib Hüseynov adına “Düha Academ...
16:07 04.11.2026
0
0
0
Özbəkistan Mərkəzi Bankının (ÖMB) nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) işgüzar səfər edib.
"Şərq qapısı" bu barədə AMB-yə istinadən xəbər verir.
Səfər çərçivəsində strateji idarəetmə, layihə və portfel idarəetməsi, eləcə də biznes proseslərin transformasiyası sahəsində tətbiq olunan yanaşmalar və formalaşmış idarəetmə təcrübəsi təqdim olunub. Keçirilən təqdimatlarda strategiyanın hazırlanması və icrası, strateji təşəbbüslərin monitorinqi, layihələrin idarə edilməsi ofisinin fəaliyyətinin təşkili, layihələrin idarə edilməsi, biznes proseslərin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətləri üzrə ölkə təcrübəsi əhatə olunub.
Görüşlərdə qeyd olunan sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılıb, tətbiq olunan idarəetmə yanaşmaları və təcrübələr ətrafında fikir mübadiləsi həyata keçirilib.
Digər xəbərlər