33 yaşlı boksçu Priçard Kolon vəfat edib
00:28 14.08.2026
0
0
0
NAXÇIVAN :
14 Avqust 2026, Cümə
Özbəkistanın “Zamon.uz”, “24news.uz” və “Mansur.uz” saytlarında Azərbaycanın zəngin mədəni irsi, tarixi kökləri və multikultural dəyərlərini əhatə edən geniş məqalə dərc edilib.
"Şərq qapısı" xəbər verir ki, Alman Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayevin və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin müəllifi olduğu “Azərbaycan mədəniyyətinin tarixi kökləri və multikultural dəyərləri” adlı məqalədə ölkəmizin minilliklər boyu formalaşmış mədəniyyətinin inkişaf mərhələləri, müxtəlif sivilizasiyaların təsiri altında qazandığı zənginlik və müasir dövrdə əldə olunan nailiyyətlər ətraflı şəkildə təhlil olunur.
Yazıda qeyd edilir ki, Azərbaycan qədim dövrlərdən Şərqlə Qərb arasında mühüm mədəni körpü olub. Qobustan qayaüstü rəsmlərindən başlayaraq orta əsrlərdə elm, ədəbiyyat və ticarət mərkəzləri kimi tanınan Bakı, Şamaxı və Gəncə şəhərlərinin inkişafına qədər uzanan tarixi proseslər ölkənin zəngin mədəni irsinin formalaşmasında mühüm rol oynayıb.
Məqalədə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi diqqət ayrılır. Bildirilir ki, ölkədə müxtəlif dinlərin və etnik qrupların nümayəndələri tarixən dinc şəraitdə yaşayıb və bu ənənə bu gün də uğurla davam etdirilir. Quba rayonundakı Qırmızı Qəsəbə tolerantlıq mühitinin bariz nümunələrindən biri kimi təqdim olunur.
Materialda Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan muğam sənəti, xalçaçılıq ənənələri və tarixi memarlıq nümunələri barədə də məlumat verilir. Qeyd olunur ki, bu dəyərlərin bir çoxu beynəlxalq səviyyədə tanınaraq UNESCO-nun müvafiq siyahılarına daxil edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mədəniyyət siyasəti, tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması və Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği istiqamətində görülən işlərdən də bəhs olunur. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun mədəni irsin qorunması, humanitar layihələrin həyata keçirilməsi və beynəlxalq mədəni dialoqun inkişafına verdiyi töhfələr vurğulanır.
Yazıda Azərbaycan ilə Özbəkistan arasında ortaq türk irsi əsasında formalaşan mədəni əməkdaşlıq münasibətlərinə də yer verilir. Bildirilir ki, son illərdə iki ölkə arasında keçirilən mədəniyyət günləri, sərgilər, konsert proqramları və elmi konfranslar qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Son olaraq məqalədə qeyd elunur ki, Azərbaycan mədəniyyəti zəngin tarixi kökləri, müxtəlifliyi və tolerantlıq ənənələri ilə seçilərək ölkəni regionun və dünyanın mühüm mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevirir.
Digər xəbərlər