I, II, III və IV ixtisas qrupları üzrə ən yüksək n...
13:17 30.07.2026
0
0
0
Azərbaycanda iyulun 31-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-25°, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 34-38° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı ehtimal edilir.
Digər xəbərlər