NAXÇIVAN :

10 Oktyabr 2026, Şənbə

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

...

Qırğızıstan Prezidenti Sadır Japarov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarını 2027-ci ilin oktyabrında Qırğızıstanda keçiriləcək “Bişkek+25” - İkinci Qlobal Dağ Sammitində iştirak etməyə dəvət edib.

"Şərq qapısı" xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov bu barədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. O, turizm sahəsində əməkdaşlığın perspektivlərinə və dağlıq ərazilərin inkişafına toxunub.

Dövlət başçısı, həmçinin MDB-nin himayəsi altında mədəni-humanitar əməkdaşlıq çərçivəsində 2028-ci ildə 100 illiyi qeyd ediləcək görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yubileyinə həsr olunmuş birgə tədbirlərin keçirilməsini təklif edib.

Çıxışının sonunda Sadır Japarov Qırğızıstanın bundan sonra da MDB-nin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.

Nəşr edilib : 09.10.2026 16:03