NAXÇIVAN :

01 Avqust 2026, Şənbə

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti təmizlik aksiyası keçirilib

...

İyulun 31-də Naxçıvan-Sədərək avtomobil yolunun 6-cı kilometrliyində, yolun kənarlarındakı yaşıllıq zolaqlarında təmizlik aksiyası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə nazirliyin və tabeli qurumlarının əməkdaşları və könüllü gənclər aksiyada iştirak ediblər.
Aksiya zamanı yaşılllq zolaqları, ümumilikdə, 55 kiloqramdan artıq tullantıdan təmizlənib.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli yanaşmanın təşviqi və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.

Nəşr edilib : 31.07.2026 19:29