Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş ...
19:52 10.05.2026
0
0
0
Ulu Öndər Heydər Əliyevin 103 -cü ildönümünə və Naxçıvan Dövlət Milli Dram Teatrının 143 illiyinə həsr olunmuş, 8-11 may tarixlərində keçirilən “Şərqin qapısı” teatr festivalı çərçivəsində növbəti panel görüş təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, festival proqramına uyğun olaraq keçirilən paneldə sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov “Rəqəmsal dövrdə teatrın transformasiyası, süni intellekt və teatr” mövzusunda çıxış edib. Panel zamanı müasir teatr prosesləri, rəqəmsal texnologiyaların səhnə sənətinə təsiri, süni intellektin teatr estetikasında yaratdığı yeni yanaşmalar və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş interaktiv müzakirələr və fərqli üslublarda təqdim olunan maraqlı eksperimentlərlə yadda qalıb. İştirakçılar teatrın müasir dövrdə keçirdiyi transformasiya prosesinə dair suallar ünvanlayıb, müxtəlif yaradıcı yanaşmalar nümayiş etdirilib.
Panel görüşünün sonunda festival iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
Digər xəbərlər