Qədim Ordubad İCESCO-nun İslam Dünyası İrsinin İlk...
22:07 12.02.2026
0
0
1
NAXÇIVAN :
13 Fevral 2026, Cümə
Dünən dəm qazından iki tələbənin faciəvi ölümü hər birimizi sarsdı. Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri – Tibb ixtisası üzrə II kurs tələbəsi Büşra Aksu və Baytarlıq təbabəti ixtisası üzrə I kurs tələbəsi Ahmet Kavakın gənc yaşında həyatlarını itirməsi yenidən qaz cihazlarından istifadəni gündəmə gətirdi. İllərlə əziyyət çəkib, gecəsini gündüzünə qatıb oxuyan və üstəgəl oxumaq üçün uzaq ellərə üz tutan gənclərin arzuları da ehtiyatsızlığın girdabında boğuldu...
Dəm qazından zəhərlənmə hallarına digər fəsillərdə də rast gəlinir. Lakin bu hal daha çox havaların soyuq keçdiyi, xüsusilə yanvar ayında daha da artır. Hər il belə hal ölüm hallarının baş verməsinə, maarifləndirici tədbirlərin keçirilməsinə, mətbuatda çağırışlara rəğmən təkrarlanır. Niyə? Çünki arxayınıq, öz başımıza belə bir faciənin gələ bilmə ehtimalını uzaq tutub, vaxtikən ehtiyat tədbirləri görməyə biganəyik. Belə biganəliyin qurbanlarından biri də bizim ailə olacaqdı.
Söz vaxtına çəkər. “Facebook” məni iki il əvvələ qaytarır. 15 yanvar 2024-cü ildə edilən paylaşımdan sitat: “Evlərimizə istilik verən qaz hər il həm də onlarla can alır. Səssiz ölüm deyək. Bu qəza bizdən də yan keçmədi. Hər kəs həyatda qalmağımızı möcüzə adlandırır, yəni bunun əksi olma ehtimalı daha çox idi. Nəticə etibarilə, qurtulduq. Şükür Allaha”.
Vaxtında edilən müdaxilə nəticəsində sağ qala bildik. O an nə olduğunu anlamırsan, bunun qazla bağlılığı belə ağlına gəlmir. Ölüm səssiz, sakit həyatına daxil olur. Odur ki, qaz cihazlarından son dərəcə ehtiyatlı davranmalıyıq. Qazla işləyən cihazların, qaz sobalarının hansı otaqda, necə qurulması diqqətdə saxlanılmalı, işləməsinə gündəlik nəzarət olunmalı, sazlığı yoxlanılmalıdır. Xüsusilə gecə yatanda bu məsələlərə diqqət yetirmək şərtdir. Əks halda sonra hər şey üçün çox gec olur, düşünmək üçün də...
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər