NAXÇIVAN :

03 Oktyabr 2026, Şənbə

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi azadlığına qovuşmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində işlər aparır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlardan artıq 230 sakin məşğulluq tədbirlərinə cəlb edilib.
O cümlədən özünüməşğulluq proqramı çərçivəsində 34 sakin üçün kiçik ailə təsərrüfatları qurulub.
Sakinlərdən 9 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Nəşr edilib : 03.10.2026 12:45