Özbəkistanın mədəniyyət naziri: Birinci Türkoloji ...
11:50 30.06.2026
0
0
0
2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır. Sənəd qəbulu elektron formada həyata keçiriləcək.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.
Müraciətlərin qəbulu iyulun 13-ü saat 10:00-da başlayacaq və iyulun 19-u saat 18:00-dək davam edəcək.
Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr “portal.edu.az” platformasında qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratmalı, istifadəçi adı və şifrə vasitəsilə müvafiq bölməyə daxil olmalı, elektron müraciət formasını dolduraraq təsdiq etməlidirlər.
Tələbələr müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə diqqət etməli və proseslə bağlı elan edilən müddətlərə riayət etməlidirlər.
Digər xəbərlər