Elm və təhsil naziri Londonda gürcüstanlı həmkarı ...
17:24 20.05.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Şərur rayonunun Təzəkənd avtomobil yolunda əsaslı təmir işləri aparılır. İşlərin aparılması həmin bölgədə infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş mühüm bir addımdır.
Ümumi uzunluğu 6.3 kilometr olan yolda ikinci qat asfalt işləri həyata keçirilir. Belə ki, yolun 4.5 kilometrlik hissəsinə ikinci qat asfalt örtüyü verilib. Hazırda işlər davam etdirilir. Qeyd edək ki, bu cür layihələr kəndlərarası əlaqəni gücləndirmək, nəqliyyatın rahatlığını artırmaq və iqtisadi fəallığı dəstəkləmək məqsədi daşıyır. Yolun əsaslı təmir olunması həm yerli əhali, həm də bölgədən keçənlər üçün daha təhlükəsiz və keyfiyyətli hərəkət imkanı yaradacaq.
Digər xəbərlər