NAXÇIVAN :

10 May 2026, Bazar

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

...

Mayın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təqdim edilib.
"Şərq qapısı" xəbər verir ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında keçirilən gecəyə dirijor Mustafa Mehmandarov rəhbərlik edib.
Proqramda Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərləri səsləndirilib. Belə ki, Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Vals”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən fraqmentlər, Soltan Hacıbəyovun “Karvan”, Fikrət Əmirovun isə “Azərbaycan kapriççiosu” əsərləri tamaşaçılara təqdim olunub.

Nəşr edilib : 10.05.2026 20:49