Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının tə...
19:58 11.08.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında 1 nəfərin Uzunoba su anbarını qidalandıran kanalda batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.
Digər xəbərlər