Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı se...
22:18 27.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu davam etdirilir.
İyunun 20-də Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov Şərur rayonunda vətəndaşları qəbul edib.
Vətəndaş qəbulundan öncə Azər Məmmədrəhimov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şərur şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.
Şərur Rayon Rabitə İdarəsində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Əsasən telekommunikasiya, nəqliyyat və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Şəhid ailə üzvünündə iştirak etdiyi qəbulda səsləndirilən məsələlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Digər xəbərlər