NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

Azərbaycan və Serbiya ikitərəfli əməkdaşlığı müzakirə edib

...

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev bu ölkənin dövlət idarəçiliyi və yerli idarəetmə naziri Yelena Jariç Kovaçeviç ilə görüşüb.
“Şərq qapısı”diplomatik missiya rəhbərinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən verdiyi məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Yelena Jariç Kovaçeviç ilə görüşmək və strateji tərəfdaşlığın möhkəm təməli üzərində qurulmuş ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməkdən məmnun oldum”, - diplomat yazıb.

 

Nəşr edilib : 12.06.2025 20:54