NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

Ceyhun Bayramov və Hakan Fidan İsrailin İrana hücumunu müzakirə ediblər - YENİLƏNİB

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli Hakan Fidan arasında telefon danışığı baş tutub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

15:46

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, tərəflər İsrailin İrana qarşı həyata keçirdiyi hücum və digər regional məsələləri müzakirə ediblər.

Nəşr edilib : 14.06.2025 17:11