NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

“Cinsi ayrı-seçkiliyə görə selektiv abortların qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və “İnsan hüquqları aylığı” çərçivəsində “Cinsi ayrı-seçkiliyə görə selektiv abortların qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Mədinə Əlisoy cəmiyyət üçün sözügedən mövzunun aktuallığına diqqəti çəkmişdir. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova təqdimatla çıxış edərək bildirib ki, cinsi ayrı-seçkilik yolu ilə abortların edilməsi müasir cəmiyyətin aktual problemidir. Ən başlıcası selektiv abort bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilər. O, gender stereotiplərini gücləndirir və bir cinsə, adətən, qadınlara qarşı ayrı-seçkilik yaradır. Məhz bu səbəbdən selektiv abortla mübarizə aparmaq üçün çoxşaxəli yanaşma lazımdır. Selektiv abortun mənfi nəticələri haqqında maarifləndirmə təşviq edilməlidir. Qadınları iqtisadi, sosial və siyasi cəhətdən gücləndirən təşəbbüsləri dəstəkləmək lazımdır. Həmçinin risklər barədə gəncləri yaxşı maarifləndirmək də lazımdır, bu onlara məsuliyyətli davranış aşılaya bilər.
Daha sonra “Culfa Regional Tibb Mərkəzi” publik hüquqi şəxsinin həkim ginekoloqu Zülfiyyə Ağayeva mövzu ətrafında çıxış etmişdir. 
Tədbirdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Nəşr edilib : 12.06.2025 18:44