Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı se...
22:18 27.06.2025
0
0
0
Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov NATO-nun Baş katibinin müavini ilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələri və yaşıl enerjiyə keçidi müzakirə edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin mətbuat xidməti bildirib.
“Azərbaycan – NATO enerji təhlükəsizliyi dialoqu çərçivəsində Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov NATO-nun qərargahında NATO Baş katibinin innovasiya, hibrid və kiber məsələləri üzrə müavini Ceyms Appaturai ilə görüşüb”, – nümayəndəliyin sosial şəbəkə hesabında qeyd olunub.
Bildirilib ki, tərəflər Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə, eləcə də Aİ-yə verdiyi töhfələr, yaşıl enerjiyə keçid və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Digər xəbərlər