NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

Hikmət Hacıyev Çexiya Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru ilə görüşüb

...

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çexiyaya səfəri çərçivəsində bu ölkənin Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru Yaroslav Zajiçek (Jaroslav Zajíček) ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisinin həm də Çexiya xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşü olub.

Nəşr edilib : 13.06.2025 16:15