Naxçıvanlı şahmatçı “Şəki Open" turnirində uğur qa...
19:40 27.06.2025
0
0
0
Naxçıvan Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Babayev Yasin Nağı oğlu vəfat edib.
"Şərq qapısı" xəbər verir ki, Yasin Babayev 1948-ci il iyunun 20-də Ordubad şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi, 1971-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib.
1967-1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki adı ilə AMEA) Qeyri-üzvi və fiziki kimya institutunda laborant, baş laborant, mühəndis vəzifələrində çalışıb. 1976-cı ildən Naxçıvan Dövlət Universitetində çalışan alim 1978-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi, 2005-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1986-cı ildə dosent, 2010-cu ildə professor elmi adlarına layiq görülüb. 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb.
Alimin 167 elmi məqaləsi, ikisi dərslik olmaqla, 4 kitabı, 4 patenti çap olunub. 3 fəlsəfə doktorunun elmi rəhbəri olub, onlarla tələbənin təlim-tərbiyəsində mühüm rol oynayıb, pedaqoji və elmi biliklərini əsirgəməyib.
Allah rəhmət eləsin!
Digər xəbərlər