Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı se...
22:18 27.06.2025
0
0
0
İyunun 20-də vətəndaşların bank kartlarından 8 min 160, 800, 425, 397, 200, 185, 85, 73 manat və 920, 32 dollar məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazilriyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu cür cinayət halları, adətən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və birdəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz. Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır”, - deyə məlumatda bildirilib.
Digər xəbərlər