NAXÇIVAN :

07 May 2025, Çərşənbə

Pakistan Milli Təhlükəsizlik Komitəsi: 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb

...

Pakistanın Milli Təhlükəsizlik Komitəsi ölkədəki son vəziyyətlə bağlı brifinq keçirib.

"Şərq qapısı" xəbər verir ki, Komitənin məlumatına görə, Hindistanın hava hücumları nəticəsində Pakistan ərazisində 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb. Hava zərbələri bir neçə məscidin dağılmasına səbəb olub. Bahavalpurda məscidin vurulması nəticəsində həlak olan 13 nəfərdən ikisi körpə qızdır.

Pakistan rəsmisi Hindistanın 5 hərbi təyyarəsinin vurulduğunu və bir komanda-qərargah məntəqəsinin məhv edildiyini bildirib.

Nəşr edilib : 07.05.2025 09:27