NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb

...

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Astanada keçirilən iclasında azərbaycanlı deputat Ramil Həsən qurumun Baş katibi seçilib.

"Şərq qapısı" “Kazinform”a istinadla xəbər verir ki, Məhəmməd Alpər Xəyali TÜRKPA Baş katibinin müavini seçilib.

Xatırladaq ki, Astanada TÜRKPA Assambleya Şurasının iclası, həmçinin “Türk əsri: Parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclas keçirilib.

Onun yekunlarına görə, TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib və Astana Bəyannaməsi qəbul edilib.

TÜRKPA-nın növbəti, 15-ci iclası Qırğızıstanda keçiriləcək.

Nəşr edilib : 12.06.2025 23:24