Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Mək...
23:32 01.05.2026
0
0
0
Mayın 4-də Ankarada “Şuşa” Konqres Mərkəzində “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirin təşəbbüskarı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondudur (TADİV).
Müzakirələrdə türk dövlətlərinin diplomatik nümayəndəliklərinin, Türkiyənin Xarici İşlər Nazirliyinin və bir sıra siyasi partiyaların nümayəndələrinin, həmçinin qeyri-hökumət strukturlarının rəhbərlərinin iştirakı gözlənilir.
Tədbirdə açılış nitqi ilə TADİV-in rəhbəri, professor Aygün Attar çıxış edəcək.
Digər xəbərlər