NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Avropada istidən 25 mindən çox insan ölüb

...

Avropada 25 mindən çox insan istidən ölüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Hesabatda qeyd olunub ki, İspaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Hollandiyadakı dövlət qurumları və tədqiqat institutlarının məlumatlarına görə, regionda istidən ölənlərin sayı 25 mini keçib .

Almaniyada ən çox ölüm halı qeydə alınıb. Robert Kox İnstitutunun məlumatına görə, aprel ayından bəri Almaniyada istidən 11 min 900 nəfər ölüb.

Həmçinin bildirilib ki, İtaliyanın bütün böyük şəhərləri isti hava səbəbindən yüksək hazırlıq səviyyəsinə gətiriləcək.

Nəşr edilib : 07.08.2026 07:48