Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirl...
23:28 22.09.2026
0
0
0
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Xarici İşlər üzrə Federal Departamentin rəhbəri İqnatsio Kassis ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, tərəflər Azərbaycan-İsveçrə münasibətlərinin mövcud vəziyyəti və perspektivlərini müzakirə edərək, müntəzəm siyasi dialoqun davam etdirilməsinin və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər davamlı qarşılıqlı əlaqələrin və konstruktiv beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Digər xəbərlər