NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Azərbaycanda Türkiyə Müdafiə Nazirliyinin şirkəti fəaliyyətə başlayıb

...

Azərbaycanda Türkiyənin Makina və Kimya Sənayesi Anonim Şirkəti fəaliyyətə başlayıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb:

“Dost və qardaş Azərbaycanla müdafiə sənayesi sahəsində atılan konkret və strateji addımların bir göstəricisi olaraq Makina və Kimya Sənayesi Anonim Şirkəti (MKE) tərəfindən Azərbaycanda “Makina və Kimya Azerbaijan (MKA)” adı ilə yaradılan və şirkətin xaricdəki ilk filialı olma xüsusiyyətini daşıyan müəssisə fəaliyyətə başlayıb”,- deyə nazirliyin açıqlamasında qeyd olunub.

Nəşr edilib : 12.12.2025 13:27