NAXÇIVAN :

07 Sentyabr 2026, Bazar ertəsi

Azərbaycanlı hakim UEFA Gənclər Liqasının oyununa təyinat alıb

...

Azərbaycanın FIFA referisi Tural Qurbanov növbəti dəfə UEFA-dan təyinat alıb.
AFFA-dan verilən məlumata görə, o, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Borusiya Dortmund” (Almaniya) – “Vilyarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Referiyə Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.
Görüş sentyabrın 8-də Dortmund şəhərində yerləşən Brakel Təlim Mərkəzində təşkil olunacaq.

Nəşr edilib : 07.09.2026 19:10