Tramp Prezident İlham Əliyevə təşəkkür edib
09:30 24.01.2026
0
0
0
Dekabrın 11-də Babək rayonunda ümumi təhsil müəssisələrində təhlükəsiz əmək mühitinin formalaşdırılması istiqamətində mühüm addım atılıb. “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi və “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının birgə təşkilatçılığı ilə məktəb direktorları üçün əməyin mühafizəsinə dair yüksək səviyyəli təlim həyata keçirilib.
Təlimə Babək rayonunda fəaliyyət göstərən 35 məktəbin direktoru cəlb edilib. Məqsəd rəhbər heyətin əməyin mühafizəsi üzrə bilik və bacarıqlarının müasir standartlara uyğunlaşdırılması və məktəblərdə risklərin idarə olunması üzrə institusional yanaşmanın gücləndirilməsidir.
Təlim proqramı “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının rəhbəri Ruslan Ələkbərov və filialın əməkdaşı Mahmud Rzalı tərəfindən aparılıb.
Ruslan Ələkbərov çıxışında məktəblərdə əməyin təhlükəsizliyinin təmin olunmasında rəhbər şəxslərin rolu, iş yerlərinin attestasiyası prosesi, müəssisələrdə əməyin mühafizəsi üzrə sənədləşmə tələbləri və direktorların üzərinə düşən məsuliyyət istiqamətləri barədə geniş təqdimatla çıxış edib.
Filialın əməkdaşı Mahmud Rzalı isə təhsil müəssisələrində bədbəxt hadisələrin qarşısının alınması üçün zəruri olan risklərin qiymətləndirilməsi, əməkdaşların mütəmadi təlimatlandırılması, fövqəladə hallar üzrə hazırlıq planları və məktəb mühitində təhlükələrin erkən aşkar edilməsinin əhəmiyyəti barədə praktiki nümunələrlə izahlar təqdim edib.
Təlim interaktiv şəkildə davam edib, iştirakçılar müzakirələrə qoşularaq öz sahələrindən irəli gələn suallar və praktiki situasiyalar üzərində fikir mübadiləsi aparıblar.
Naxçıvanda keçirilən bu tip tədbirlər əməyin mühafizəsi mədəniyyətinin sistemli şəkildə gücləndirilməsinə, idarəetmə strukturlarında təhlükəsizlik standartlarının yüksəldilməsinə və iş mühitində məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasına xidmət edir.
Digər xəbərlər