BilBacar müsabiqəsinin II yarış mərhələsinə start ...
15:30 19.01.2026
0
0
0
Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında baş verən yanğında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.
"Şərq qapısı" xəbər verir ki, Kliniki Tibbi Mərkəzinin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.
Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılmışdı.
Faktla bağlı cinayət işi başlanıb.
Digər xəbərlər